“Müharibə olduğu təqdirdə Ermənistanın “DQR-i tanıyacağı ehtimal olunurdu”.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan bildirib.
Rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində Artur Vanetsyan deyib: “Bir plan var idi ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa və bir neçə gün davam etsə, döyüş əməliyyatlarını dayandırmaq mümkün olmazsa, dərhal Qarabağın müstəqilliyi tanınacaq. Nikol Paşinyan, amma gəlin artıq onu adıyla çağırmayım, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın sayəsində o, daha çox təslimçi kimi tanınır, ya fərsizliyi, ya da bisavadlığından “DQR”nı tanımadı. O, kömək etmədiyi üçün Rusiyanı günahlandırır... Rusiya həqiqətən bizi xilas etdi”. Sezar pizza
Artur Vanetsyanın sözlərinə görə, üç ildir ki, Ermənistan hakimiyyəti Rusiya Federasiyası ilə münasibətləri pozub. “Təslimçi və onun populist komandasının bütün açıqlamalarını xatırlayın. Rusiya kömək etdi və kömək də edir. Bu gün Qarabağda insanlar Rusiya sülhməramlılarının himayəsi altında yaşayırlar, bunu unutmamalıyıq”.
MTX-nın keçmiş direktoru bildirib: “Təəssüf ki, Ermənistan hakimiyyətində Türkiyəyə öz planlarını həyata keçirməyə kömək edən insanlar var”.
Telegram kanalımız