Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçirdilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçirdilər

Dünya

14 Aprel 2022 23:35 684


Rusiya qoşunu Ukraynanın Xerson şəhərinə gedən yolun keçdiyi Oleşki şəhərinə daxil olublar.

Yenisabah.az xəbər verir ki, bu barədə Oleşki şəhərinij meri Yevgeni Rişçuk xəbər verib.

O, qeyd edib ki, düşmən hərbçiləri yerli administrasiyanın binasında artıq Rusiyanın bayrağını asıblar. Toyuqlu pizza

Rişçuk şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb, çünki orada Rusiya patrulları olacaq.

"Bizim küçələrdə patrul xidməti ilə bağlı məsələmiz var. Yerli patrullar ruslarla əməkdaşlıq etməyəcək. Yəni ruslar özləri küçələrdə patrul edəcəklər", - o deyib.

Eyni zamanda, Rişçukun sözlərinə görə, o, belə bir fürsət olduğu müddətdə şəhərdə müəyyən proseslərə nəzarəti davam etdirəcək. Kommunal xidmətlər fəaliyyətini davam etdirəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!