Rusiya hərbi təyyarələrini havaya qaldırdı: Hədəf haradır? 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərbi təyyarələrini havaya qaldırdı: Hədəf haradır? 

Dünya

23 Mart 2024 01:18 677


 Rusiyanın Saratov vilayətində yerləşən Engels hərbi aerodromundan 10-dan çox TU-95MS hərbi təyyarəsi havaya qaldırılıb. 

Rusiya telegram kanallarının yaydığı məlumata görə, təyyarələr Xəzər dənizi istiqamətinə uçurlar.

Qeyd edək ki, Rusiya ballistik raketlərlə Ukrayna ərazisini məhz Xəzər dənizi üzərindən atəşə tutur. pizza hut

Rusiya telegram kanalları bu gecə Ukraynaya indiyədək olmayan həddə ağır zərbələr endiriləcəyini bildirirlər.

Xatırladaq ki, 2 gün əvvəl Ukrayna Engels aerodromuna dronlarla zərbə endirib. Zərbə nəticəsində 2 hərbi təyyarənin sıradan çıxarıldığı bildirilir.

Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!