“Aİ-nin 7-ci sanksiyalar paketi ərəfəsində Rusiya ilə bütün əlaqələr kəsilməlidir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Prespa Forumunun Dialoqu” iştirakçılarına müraciətində deyib.
O qeyd edib ki, Rusiya qitədəki hər bir xalqa, Avropanın hər bir regionuna meydan oxuyub: Pepperoni pizza
"Rusiya Ukraynaya qarşı bu müharibəyə başlamaqla Avropanın digər xalqlarına hücum üçün tramplin yaratmağa çalışdı. Ona görə də, bu müharibədə müdafiəmiz və gələcək qələbəmiz Avropada hamının təhlükəsizliyi üçün prinsipial əhəmiyyət kəsb edir".
V. Zelenski qeyd edib ki, Rusiya müxtəlif Avropa ölkələrini, xüsusən də enerji təhlükəsizliyi baxımından özlərindən asılı vəziyyətə salmağa nail olub.
Onun sözlərinə görə, qaz bazarına təzyiqlər, eləcə də Rusiyanın digər alətlərdən istifadə etməsi inflyasiyanın xeyli sürətlənməsinə gətirib çıxarır.
Zelenski ərzaq bazarında daha da pis ssenarinin həyata keçirildiyini vurğulayıb:
“Bu, təkcə əsas ərzaq məhsullarının bahalaşmasına deyil, həm də yeni miqrasiya böhranına səbəb olur”.
Ukrayna prezidenti qeyd edib ki, Rusiya təkcə daxili deyil, həm də xarici auditoriyanı aldatmaq, düşmənçiliyi qızışdırmaq üçün hər il milyardlarla dollar xərcləyir.
Prezidentin fikrincə, Avropa İttifaqının yeddinci sanksiyalar paketi hazırlanarkən bu nəzərə alınmalıdır:
"Rusiya ilə bütün əlaqələri kəsməliyik. Onlar Avropada pul qazanmaq üçün anti-Avropa siyasəti yeridir. Rusiya ilə heç bir ticarət ola bilməz, məhvinizi istəyənlərə pul verməməlisiniz”.
Telegram kanalımız