Rusiya Kiyevi işğal etsə… - Makron hədələdi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Kiyevi işğal etsə… - Makron hədələdi 

Dünya

08 Mart 2024 16:51 745


Fransa Prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşü zamanı bəyan edib ki, Rusiya qoşunları Kiyev və ya Odessanı işğal etsə, Ukraynaya qoşun göndərmək mümkündür. 

Axar.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

İfrat sağçı Milli Birlik Partiyasının nümayəndəsi Cordan Bardela bu məsələdə heç bir məhdudiyyət və qırmızı xətlərin olmadığını vurğulayıb. Toyuqlu pizza

Məğlubedilməz Fransa Partiyasının koordinatoru Manuel Bompard isə “toplantıya narahat gəldiyini və müzakirələrdən sonra narahatlığının daha da artdığını” bildirib.

Qeyd edilib ki, Makron parlamentarilərə Rusiyanın Ukraynaya zərbələrinin mümkün istiqamətlərinin xəritələrini göstərib:

“Makron müdaxiləyə səbəb ola biləcək ssenaridən - yəni cəbhənin Odessaya və ya Kiyevə doğru irəliləməsindən bəhs edib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!