Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanıyır?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanıyır?

Siyasət

04 Sentyabr 2021 08:28 4441


Rusiya Dövlət Satınalmaları Vahid İnformasiya Saytında iki həftədir, yumşaq desək, qəribə bir elan yerləşdirilib. Belə ki,  0173100004521001645 nömrəli sifarişdə belə deyilir:

“Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.

Xidmətin sifarişçisi - RUSİYA FEDERASİYASININ MÜDAFİƏ NAZİRLİYİ Dördpendirli pizza

Başlanğıc qiyməti – 151 414 088,10 rubl. Sifariş avqustun 13-də yerləşdirilib.

Üç həftə keçməsinə baxmayaraq, Azərbaycan XİN və Moskvadakı səfirlik susur.

VİS-də səhvə yol verilibsə, onu düzəltməyən Rusiya Müdafiə Nazirliyinin mövqeyi də aydın deyil.

Bu, Rusiya hərbi idarəsinin şüurlu və ya şüursuz addımıdırsa, Bakı ən yüksək səviyyədə izahat tələb etməlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar.
    Biz yatiriq amma rus gece-gunduz orda mohkemlenmek ucun yollar axtarir!Bu isden cox pis bir ..iy.. gelir!
    5 years ago