Rusiya-NATO silahlı münaqişəsi baş verə bilər - Nazir müavini 

Rusiya-NATO silahlı münaqişəsi baş verə bilər - Nazir müavini 

Dünya Veb saytların hazırlanması

29 Noyabr 2023 18:05 543


“Rusiya ilə NATO arasında silahlı münaqişə istisna edilmir, lakin onun başlayıb-başlamaması Şimali Atlantika Alyansının hərəkətlərindən asılıdır”. 

Yenisabah.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində bildirib. 

“Eyni zamanda, Moskva bütün mümkün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır”, - deyə Ryabkov əlavə edib. 

Onun sözlərinə görə, Rusiya ilə NATO arasındakı münasibətlərin yaxın gələcəkdə bərpa olunma ehtimalı yoxdur: 

“Güman etmirəm ki, yaxın gələcəkdə Rusiya ilə NATO arasında münasibətlər bu və ya digər formada bərpa olunacaq. Bu həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bu əlaqələr Moskvaya lazımdır və nə vaxtsa gedib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”. 

Ryabkov dünən ABŞ-ı ittiham edərək bildirmişdi ki, Vaşinqton Rusiya daxilində iğtişaşlar təşkil etməklə hakimiyyəti dəyişmək istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!