“Rusiya nə yolla olur olsun, Köçəryanı baş nazir kürsüsündə oturtmaq istəyirdi”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya nə yolla olur olsun, Köçəryanı baş nazir kürsüsündə oturtmaq istəyirdi”

Siyasət

21 İyun 2021 11:37 4517


Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticəsinə görə, Robert Köçəryanın “Ermənistan” bloku  21,04 faiz səslə ikinci pillədə qərarlaşıb. Qalib isə 53,92 faiz səslə Nikol Paşinyan olub. Lakin ötən gün hansı qurum tərəfindən keçirildiyi bilinməyən Rusiya ekzitpol nəticələrində Köçəryanın 41 faiz səslə seçkini qazandığı iddia edilmişdi.

Maraqlıdır, ekzitpol keçirənlərin Köçəryanı qalib kimi təqdim etmə səbəbi nə idi?

Mövzu barədə Yenisabah.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu vurğulayıb ki, Rusiya nə yolla olur olsun, Köçəryanı Baş nazir kürsüsündə oturtmaq istəyirdi: Pepperoni pizza

“Yalançı ekzitpollar yayırdılar ki,  erməni cəmiyyətinə təsir etsinlər və məntəqələr bitməmiş Köçəryana səs verilsin. Amma niyyətləri baş tutmadı. 

Qərb bu seçkinin nəticəsini tanıyacaq, Rusiya da inkar edə bilməyəcək. Nəticədə Köçəryanın da seçki nəticəsini tanımaqdan başqa alternativi qalmayacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!