“Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var“

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var“

Dünya

21 İyun 2022 09:40 760


“Rusiya Silahlı Qüvvələri şimal istiqamətində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Qarşı tərəf Sumı vilayətinin Seredina-Buda qəsəbəsi ərazisində mülki infrastrukturu atəşə tutub". 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Xarkov istiqamətində isə düşmənin əsas qüvvəsi işğal olunmuş hüdudların qorunub saxlanılmasına çalışır. Severodonetsk istiqamətində qoşunlarımızın bölmələrinin müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması davam edir. Cənub Buq istiqamətində düşmən itkilər verib. PUA-lar vasitəsilə hava kəşfiyyatı davam edir", - Baş Qərargahdan bildirilib. pizza hut

Qeyd olunub ki, Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var. Ona görə də qarşı tərəf ehtiyatda olan zabitləri üç ay müddətinə qısamüddətli müqavilə ilə hərbi xidmətə cəlb etməyə məcburdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!