Rusiya “Pasxa barışığı”nı rədd etdi - Silahlar susmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “Pasxa barışığı”nı rədd etdi - Silahlar susmayacaq

Dünya

21 Aprel 2022 09:22 558


Rusiya Birləşmiş Millətlər Təşkilatının ( BMT) baş katibi Antoniu Quterreşin Ukraynada “Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa “Twitter” səhifəsində məlumat paylaşıb.

O, Rusiya nümayəndəsinin çıxış videosunu yerləşdirərək, qarşı tərəfin atəşkəsdən imtina etdiyini bildirib. pizza sifarişi

Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini aprelin 21-dən Pasxa bayramı ilə əlaqədar 4 günlük atəşkəsə çağırıb. Onun sözlərinə görə, atəşkəs Ukraynada hərbi əməliyyatların əhatə etdiyi ərazilərdən daha çox mülki vətəndaşın təxliyə edilməsinə, humanitar təşkilatların isə zərərçəkənlərə yardım göstərməsinə imkan verəcək. Ukrayna bu təkliflə razılaşıb, Rusiya isə imtina edib.\Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!