“Əgər Rusiya Milli Məclisin Roma Statutunu qəbul etməsi təqdirində Ermənistana verdiyi qaza kəssə, biz buna dözəcəyik”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan deyib.
Jurnalistin sualını birmənalı qarşılamayan millət vəkili onu təxribatda ittiham edib. Melkonyan onu da əlavə edib ki, belə suallar insanları qorxuya sala bilər. Pepperoni pizza
Xatırladaq ki, onun “ruslar qazı kəsərlərsə, dözəcəyik” açıqlaması sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri hakim partiya deputatının ünvanına sərt tənqid və təhqirlər yazıblar.
Rafi Müslümov
Telegram kanalımız