Rusiya Federasiyasının işğalçı qüvvələri mayın 9-dək Ukraynanın şərqində apardıqları müharibədə mühüm uğurlar əldə etmək istəyir.
Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter-də məlumat yayıb.
"Rusiya hər il mayın 9-da keçirilən Qələbə Gününü qeyd etməkdə böyük irəliləyiş göstərə bilər. Bu, həmin tarixə hazırlıqla bağlı əməliyyatların nə qədər tez və davamlı aparılmasına təsir göstərə bilər", - məlumatda deyilir. Dominos pizza
Həmçinin bildirilir ki, Rusiya qüvvələri hazırda Donbassdakı yerlərindən Kramatorsk istiqamətində irəliləyir və davamlı raket hücumlarından istifadə edir.
Bundan əlavə, Rusiya Ukraynanın şərqinə hücum üçün, Ukraynanın hava hücumundan müdafiə sistemlərini məhv etməyə çalışır.
Kremlin Ukraynanı tez bir zamanda ələ keçirmək planı iflasa uğrayandan sonra, Putin üçün Mariupolla birlikdə Donbası ələ keçirmək son dərəcə vacibdir. Bunu isə mayın 9-na kimi etmək lazımdır ki, Rusiya bunu tamaşaçısına “qələbə” kimi təqdim etsin.
Cavad Salmanlı
Telegram kanalımız