Rusiya Qərbdən Ukraynaya silah aparan təyyarəni vurdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Qərbdən Ukraynaya silah aparan təyyarəni vurdu

Dünya

16 Aprel 2022 22:20 681


Rusiyanın hava hücumundan müdafiə qüvvələri Qərb hərbi texnikasının böyük partiyası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsini havada vurub. Sezar pizza

O, qeyd edib ki, təyyarənin göyərtəsində Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların böyük bir hissəsi olub.

Rusiya MN sözçüsü əlavə edib ki, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!