Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının əhalisinə 25 ton əlavə humanitar yardım göndərəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, nazirliyin İl-76 təyyarəsi bu gün Kazan hava limanından havaya qalxıb. Humanitar yük Misir ərazisinə çatdırılaraq Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək. Daha sonra Qəzza zolağının əhalisinə yönləndiriləcək. Sezar pizza
Həmçinin qeyd olunub ki, 10 Rusiya vətəndaşı Qəzzadan təxliyə olunacaq.
Telegram kanalımız