Rusiya Federasiyasının Tehrandakı səfirliyi İrandan Rusiyaya silah göndərilməsi ilə bağlı yayılan xəbəri təkzib edib.
Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin "Tvitter"də yaydığı bəyanatda deyilir:
“Bəzi KİV-lərdə İran silahlarının Rusiyaya göndərilməsi ilə bağlı yayılan məlumatlar saxtadır və həqiqətə uyğun deyil". Dominos pizza
Qeyd edək ki, “Guardian” qəzeti bu yaxınlarda Ukrayna müharibəsində istifadə üçün İraqdan tank əleyhinə raketlər və İrandan Rusiyaya “Bavər-373” müdafiə sistemi göndərdiyini iddia etmişdi.
"Guardian"-ın bu məlumatı dərc etməsindən sonra İran İslam Respublikasının Londondakı səfirliyi də bu iddianı təkzib edərək, xəbəri qeyri-peşəkar və əsassız adlandırıb.
Rusiya səfirliyin “Twitter” hesabında deyilir: “The Guardian”ın “Rusiyanın İranın İraqdan qaçaqmalçılıq yolu ilə gətirdiyi silahlardan Ukraynaya qarşı istifadə etməsi” başlıqlı məlumatı qeyri-real və əsassızdır, həmçinin Ukraynada baş verən son hadisələri Yaxın Şərqdəki hadisələrlə əlaqələndirməyə cəhd edir. İranın adının çəkilməsi qeyri-peşəkar və qəbuledilməz bir hərəkətdir və həm də həmin qəzetin oxucularına, bir növ, hörmətsizlikdir".
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Əmir-Abdullahian da Ukrayna XİN rəhbəri Dmitro Kuleba ilə telefon söhbətində iddianı təkzib etmişdi.
Telegram kanalımız