Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması artıq Ermənistan üçün qapalı mövzudur, məncə, bunun müzakirəyə ehtiyacı yoxdur.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bildirib.
O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 1-dən “Zvartnots”da Rusiya sərhədçilərinin qalmayacağı barədə bəyanatı qüvvədədir. pizza
“Biz dedik: qardaş, köməyinizə görə təşəkkür edirik, bunu yüksək qiymətləndiririk, amma Ermənistanın artıq bu dəstəyə ehtiyacı yoxdur. Öz hava limanımızı özümüz qoruya bilərik, sərhədçilərimiz isə problemi özləri həll edə bilər.
İndi ayrı-ayrı şeylərdən danışırlar, deyirlər, Türkiyə sərhədini kim qoruyacaq? Türkiyə Ermənistana hücum etmək qərarına gələrsə, Rusiya sərhədçilərinin bizə qoruya biləcəyinə şübhə edirəm”, - Simonyan əlavə edib.
Telegram kanalımız