Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
M. Zaxarova bildirib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır. pizza sifarişi
Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub./APA
Telegram kanalımız