Rusiya səsvermədə iştirak edən dövlətləri hədələyib.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Rusiyanın üzvlüyünün dayandırılması ilə bağlı səsvermədən əvvəl Rusiya təmsilçisi toplantı iştirakçılarına qeyd paylayıb və onları nəticələrlə hədələyib.
İddiaya görə, məktubda "təkcə qərarın lehinə səs vermək deyil, həm də səsvermədə bitərəf qalma və ya iştirakdan yayınma dostluqdan kənar jest kimi qiymətləndiriləcək” sözləri qeyd olunub. Sezar pizza
Xatırladaq ki, Azərbaycan nümayəndəsi BMT İHŞ-dəki səsvermədə iştirak etməyib.
Telegram kanalımız