“Rusiya strateji baxımdan müharibədə uduzub” - Baş Qərargah rəisi

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya strateji baxımdan müharibədə uduzub” - Baş Qərargah rəisi

Dünya

17 İyun 2022 12:15 894


“Rusiya artıq strateji baxımdan Ukraynaya qarşı müharibədə uduzub”.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş Qərargah rəisi Toni Radakin bildirib.

O qeyd edib ki, Rusiya böyük itkilər verib və bununla da Finlandiya və İsveçin qoşulmaq istədiyi NATO-nun əlini gücləndirib: Marqarita pizza

"Bu, Rusiyanın dəhşətli səhvidir. Rusiya heç vaxt Ukraynaya nəzarəti ələ keçirməyəcək"

Onun sözlərinə görə, Kreml rəhbəri Vladimir Putin yaxın həftələrdə taktiki uğur əldə edə bilər, lakin o, artıq ordusunun gücünün təxminən 25%-dən istifadə etməli olub:

“Belə böyük resursla Rusiya 50.000 ölü və yaralı ilə yalnız Ukrayna ərazisinin kiçik bir hissəsini işğal edə bilib”.

Baş Qəragah rəisi Britaniyanın uzunmüddətli perspektivdə çoxlu sayda silah tədarük etməklə Ukraynanı dəstəkləyəcəyinə əmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!