Xəbər verdiyimiz kimi, Qarabağdakı qondarma rejim özünü buraxdığını elan edib.
Ermənistan dövləti separatçılarla bağlı məsələyə qarışmayacağını bildirirdi. Rusiyanınsa bölgədə sülhməramlı qüvvələri var. Maraqlıdır, Ermənistan və Rusiyanın buna reaksiyası necə olacaq?
Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ermənistanın müdaxiləsindən söhbət gedə bilməz: pizza hut
“Ermənistan etiraf edir ki, hərbi gücü tükənib, separatçıları dəstəkləməyə imkanı yoxdur. Rusiyaya gəlincə isə uzun müddətdir separatçı rejimə dəstəyini dayandırıb. Onları dəstəkləmək kimi bir istəyinin də olmadığı görünür. Düşünürəm ki, proseslərin nəticəsində Rusiya sülhməramlı qüvvələrini yaxın zamanlarda ərazidən geri çəkəcək”.
Telegram kanalımız