“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”.
Yenisabah.az “Zerkalo”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
“Minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü, Rusiyanın məğlubiyyəti və dəyişikliyin edilməsindən ibarətdir. Əks halda, Rusiya zəhərli təbliğat aparacaq, revanşist ovqatla yeni müharibənin bərpasına səy edəcək. Problem budur”, - deyə Podolyak vurğulayıb. Dördpendirli pizza
O deyib ki, Ukrayna Rusiyaya ərazilərini tərk etməsi zəruriliyini sübuta yetirənədək müharibə davam edəcək:
“Bu, çox mürəkkəb və çətindir. Bunu sübut etmək üçün hər gün qəhrəman oğullarımız həlak olur. Həmin insanlar dövlət üçün əlavə dəyər yaradırlar. Bizim adamlar belədir. Onlar həlak olurlar. Bu o deməkdir ki, biz son dərəcə vacib olanı Ukrayna üçün itiririk. Bu bizim qızıl sərvətimizdir. Qiymətimizi aşağı salacaq mexanizm tapmaq mümkün deyil. Rusiya Federasiyasının nə qədər ödədiyi məni maraqlandırmır. Bu bizim üçün yüksək qiymətdir. Buna baxmayaraq, Rusiya uduzanadək mübarizəni aparacağıq”.
Telegram kanalımız