Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Dünya

24 Noyabr 2023 10:37 548


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1100 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 322 900 nəfərə çatıb.  Marqarita pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 30 tank, 32 zirehli döyüş maşını, 31 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!