Rusiya Ukraynada fosfor silahından istifadə edə bilər   - Kəşfiyyat

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada fosfor silahından istifadə edə bilər - Kəşfiyyat

Dünya

11 Aprel 2022 09:36 534


“Rusiya qüvvələrinin Donetsk vilayətində fosforlu sursatlardan əvvəl istifadə etməsi, şəhər uğrunda döyüşlərin şiddətləndiyi üçün onların gələcəkdə Mariupolda yenidən işə salınacağı ehtimal olunur”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir. Ukrayna qüvvələri bir neçə hücumu dəf edib və nəticədə Rusiya tankları, hərbi maşınları və artilleriya texnikası məhv edilib. Rusiyanın idarə olunmayan bombalardan davamlı istifadəsi onların nişan alarkən və zərbələr endirərkən dəqiqlik qabiliyyətini azaldır, eyni zamanda daha çox mülki itki riskini artırır”, - məlumatda vurğulanıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!