Rusiya Ukraynada kimya zavodunu vurdu   - Yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada kimya zavodunu vurdu - Yanğın başladı

Dünya

12 İyun 2022 08:11 827


Rusiya qoşunları Ukraynanın şərqində yerləşən Siverodonetsk şəhərindəki Azot kimya zavodunu atəşə tutub.

Yennisabah.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday məlumat yayıb.

O, zərbələrin yanğına səbəb olduğunu bildirib. Vilayət rəhbəri yüzlərlə mülki şəxsin sığındığı zavodda yanğının söndürülüb-söndürülmədiyi barədə məlumat verməyib. pizza sifarişi

Milli televiziyaya müsahibəsində Qayday deyib ki, Luqanskın kiçik Siverodonetsk şəhəri uğrunda aramsız döyüşlər gedir.

Qeyd edilib ki, Rusiya qüvvələri şəhərin böyük hissəsinə nəzarət edir, Azot kimya zavodu isə Ukraynanın nəzarəti altındadır.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!