Boloniya İzləmə Qrupu Rusiya Federasiyasının və Belarusiyanın Boloniya prosesində, eləcə də bütün işçi qruplarında, Avropa Ali Təhsil Sahəsinin strukturları və iş proqramının bütün digər istiqamətlərində təmsilçilik hüququnu dayandırmaq qərarına gəlib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Elm və Təhsil naziri Sergey Şkarlet məlumat yayıb.
Nazir bunu Ukraynanın qələbəsinə doğru addımlardan biri adlandırıb. Marqarita pizza
Qərar Boloniya Prosesinin 39 hökumət və 6 məsləhətçi üzvü, həmçinin Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin imzaladığı müvafiq bəyanata əsaslanır.
Telegram kanalımız