"Rusiya və İran iki ölkəyə qarşı sanksiyaları nəzərə almadan əməkdaşlığı gücləndirmək niyyətlərini bir daha təsdiqləyiblər".
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirliyin məlumatına görə, aprelin 14-də xarici işlər nazirinin müavini İqor Morqulov İranın Moskvadakı səfiri Kazem Cəlalini qəbul edib. pizza mizza
"Tərəflər Rusiya-İran əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Onlar bəzi dost olmayan dövlətlərin Rusiya və İrana qarşı tətbiq edilən qanunsuz sanksiyalar nəzərə alınmadan iki ölkə arasında bütün sahələrdə praktiki əməkdaşlığı daha da gücləndirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər", - XİN-in bəyanatında qeyd olunur.
Telegram kanalımız