Rusiya və Türkiyə XİN-ləri arasında məsləhətləşmə:   Razılıq əldə olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Türkiyə XİN-ləri arasında məsləhətləşmə: Razılıq əldə olundu

Siyasət

09 İyun 2021 18:32 1133


Bu gün Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılıb.

Yenisabah.az xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, tərəflər arasında Ukrayna, Suriya, Fələstin kimi bölgələrlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.

Məsləhətləşmələr zamanı qeyd olunan regionlarda mövcud münaqişələrin BMT TŞ-nin nizamnamələri, həmçinin beynəlxalq hüquqi normalar əsasında həllinin vacibliyi vurğulanıb. Gərginliyin hökm sürdüyü ərazilərdə humanitar problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin zəruriliyi barədə fikir mübadiləsi aparılıb. Sezar pizza

Həmçinin, Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində səylərin davam etdiriləcəyi razılaşdırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!