Rusiya və Türkiyəyə qarşı əks həmlə   - Makronun planı deşifrə oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Türkiyəyə qarşı əks həmlə - Makronun planı deşifrə oldu

Siyasət

17 İyun 2021 21:06 1929


Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl görüşdüyü amerikalı həmkarı Co Baydenə Parisin maraqlarına uyğun Liviya planı təqdim etdiyi iddia olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Makron Türkiyənin Liviyadan çıxarılması üçün Baydenə bir plan təqdim edib. Makronun təqdim etdiyi planda Rusiya və Türkiyə hərbi qüvvələrinin 6 ay müddətinə Liviyadan çıxarılması addımları yer alıb. İki səhifəlik təklifin bir neçə həftədir əlaqədar ölkələrin diplomatik dairələrində müzakirə olunduğu bildirilib. Pepperoni pizza

“Politico”dakı xəbərə görə, Makronun məqsədi ABŞ-ın nüfuzundan istifadə edərək Fransanın istəmədiyi qüvvələri Liviyadan çıxarmaqdır.

Baydenin Fransanın son təklifini dəstəkləyib-dəstəkləmədiyi məlum deyil. Mənbə Amerika başçısının planı Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə müzakirə edib-etmədiyini yazmayıb./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!