“Rusiya Xarkovda uduzdu“ - Administrasiya rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Xarkovda uduzdu“ - Administrasiya rəhbəri

Dünya

19 Aprel 2022 17:30 561


"Rus işğalçıları Xarkov uğrunda döyüşdə məğlub olsalar da, vilayət ərazisindən keçərək Ukraynaya daxil olmağa çalışırlar". 

Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

"Əslində, düşmən Xarkov uğrunda döyüşdə uduzdu. Tutduğumuz mövqelərə hücum etmək onun üçün son dərəcə çətin olacaq. Düşmən Kupyansk, İzyumdan keçərək, Donetsk və Luqansk vilayətlərinə qoşun yeritmək istəyir”, - deyə Sinequbov qeyd edib. Pepperoni pizza

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə özünü etibarlı şəkildə müdafiə edir:

“Onlar şiddətli döyüşlər aparır, düşmən xeyli canlı qüvvə, aviasiya və zirehli texnika itirir. Balakliya istiqamətində düşmən təyyarəsi vurulub.

Ukraynalı müdafiəçilər Xarkov vilayətində kəndləri azad edirlər, lakin sakinlərin evlərinə qayıtması hələ də təhlükəlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!