Rusiya Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq niyyətinə dair razılaşmanı alqışlayır.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya ardıcıl olaraq saxlanılan şəxslərin “hamıya hamı” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq”, - deyə XİN rəsmisi vurğulayıb. Dominos pizza
Telegram kanalımız