Rusiyanın Yakutiya bölgəsində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Aysen Nikolayev əmr imzalayıb.
Bildirilib ki, bölgədə meşə yanğınlarının sayı 60-a yüksəlib. Yanğınlar ümumilikdə 80 986,5 hektar ərazini əhatə edir. Toyuqlu pizza
"Fövqəladə vəziyyət rejiminin saxlanması, yanğın təhlükəsinin pik həddə çatmasına hazırlaşmaq üçün resursları səfərbər etmək üçün lazımdır", - Nikolayev bildirib.
Vurğulanıb ki, 10 rayonda yüksək yanğın təhlükəsi dərəcəsi müəyyən edilib. Bundan əlavə, Tomponski və Mırnınski rayonlarında bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq olunub.
Telegram kanalımız