Rusiyada generalı qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada generalı qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanov həbs edildi

Kriminal

19 Dekabr 2024 22:31 811


Moskvanın Basmannı Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillovu və onun köməkçisi mayor İlya Polikarpovu qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanovu fevralın 17-dək həbs edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Kirillov və köməkçisi dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində generalın evinin yaxınlığında baş verən partlayış nəticəsində həlak olublar. Müstəntiqlər müəyyən ediblər ki, hücum edənlər partlayıcı qurğunu girişin yanında dayanan skuterə yerləşdirib və onu uzaqdan işə salıblar. Marqarita pizza

Qurbanov dekabrın 18-də saxlanılıb. O etiraf edib ki, Ukraynadan olan kurator generalın öldürülməsi üçün ona 100 min dollar və Aİ ölkəsində yaşayış vəd edib. Qurbanov razılaşdıqdan sonra ona yerin koordinatlarını göndəriblər və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağını izah ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!