“Rusiyada olan bütün desant qrupları Krıma köçürülüb” – Saakaşvili yeni planı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyada olan bütün desant qrupları Krıma köçürülüb” – Saakaşvili yeni planı açıqladı

Siyasət

26 İyul 2021 13:42 2791


“Rusiya qoşunlarının Krıma köçürülməsi Moskvanın Ukraynaya hücuma hazırlaşmasının sübutudur”.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib. “Ukrayna 24» telekanalının efirində danışan eks-prezidentin fikrincə, Ukrayna ilə bağlı baş verən hadisələr, 2008-ci ildəki Gürcüstandakı vəziyyəti xatırladır, çünki Rusiya yenidən qonşusunun sərhədləri yaxınlığında qüvvələr artırır. "Uzaq Şərq qrupları istisna olmaqla, Rusiyada olan bütün desant qrupları Krıma köçürülüb. Bu, sadəcə hərbi manevr ola bilməz, çünki bu böyük qüvvələr, imkanlar və vasitələrdir".

Bundan əlavə, Gürcüstanın keçmiş dövlət başçısı bildirib ki, Qərb Rusiyanın hərəkətlərinə müəyyən "ideoloji hazırlıq" sezib. O, Putinin son məqaləsində xatırlanan “Zmeinı adası” ifadəsinə əsaslanıb. Dominos pizza

Saakaşvili bunun Ukraynanı ələ keçirmək üçün "ssenarilər"dən biri olduğuna əmindir. "Rusiyanın mühafizəkar bir planı var: Ukraynanın xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi Zmeinı adasını ələ keçirmək".

Ukrayna Milli İslahatlar Şurasının icra komitəsinin rəhbərini inanır ki, Moskvanın Mariupol-Zaporojye-Xerson-Nikolayev xəttinə desant çıxarmaq və hücumu planlaşdırmaq kimi ikinci, "daha real" bir ssenarisi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!