Rusiyada prezident seçkilərində seçici fəallığı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada prezident seçkilərində seçici fəallığı açıqlandı

Dünya

17 Mart 2024 21:58 579


Martın 17-də axşam saatlarına olan məlumata əsasən, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Seçki prosesinin gedişi ilə bağlı məlumatlara əsasən, Moskva vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib. pizza mizza

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası açıqlanan nəticələrdə məsafədən elektron səsvermədə iştirakın nəzərə alınmamasına aydınlıq gətirib.

MSK-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti istisna olmaqla, bütün regionlarındakı seçki məntəqələri hazırda işini başa çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!