Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir

Dünya

18 Mart 2024 00:26 672


Rusiyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, 87 faiz səslə Vladimir Putin qalib gəlib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi yayıb.

Verilən məlumata görə, ikinci yeri 4,6 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yeri 4,2 faiz səslə “Yeni insanlar” partiyasından Vladislav Davankov, dördüncü yeri isə üç faiz səslə LDPR-dən Leonid Slutski tutub. Toyuqlu pizza

Qeyd olunub ki, sorğu 2024-cü il martın 15-dən 17-dək seçki məntəqələrinin çıxışında aparılıb.

Ümumilikdə Rusiya prezident seçkisində səsvermə prosesini 129 ölkədən 1 115 beynəlxalq müşahidəçi və ekspert izləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!