Rusiyanın Kurqan vilayətinin Şadrinsk şəhərindəki “Çayka” supermarketində Ukraynada keçirilən xüsusi əməliyyata dəstək olaraq “Z” hərfi olan Pasxa tortlarının satışına başlanılıb.
Yenisabah.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə supermarketin sahibi Anatoli Pedoşenkoya məlumat verib.
“Z” hərfi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına dəstəyin qeyri-rəsmi simvoluna çevrilib. pizza mizza
“Bu gün Z simvolu olan Pasxa tortlarının satışa çıxdığı ilk gündür. Biz hər il Pasxa bayramında təxminən 3000 Pasxa tortu satırıq, ümid edirik ki, bu il daha çox satacağıq. Amma mən düşünmürəm ki, hər hansı kütləvi tələb olacaq".
O, tortlarda bu simvolun yazılmasını belə izah edib:
"Birinci Dünya Müharibəsi tarixinə müraciət etsək, o zaman ölkənin çətin günlər keçirdiyi vaxt idi və Pasxa bayramı vətən üçün əhəmiyyətli idi, sonra Pasxa tortlarında, yumurtalarda bu müharibə ilə əlaqəli süjetlər, müxtəlif hərbi atributlar var idi. Bu, əsgərlərə dəstək olmaq üçün edilirdi".
İş adamı qeyd edib ki, rus hərbçiləri arxa cəbhədə dəstək hiss etməlidir və bu hərəkətin ticarətlə heç bir əlaqəsi yoxdur.
Cavad Salmanlı
Telegram kanalımız