Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Yenisabah.az xəbər verir ki, bu barədə terror təşkilatına yaxınlığı ilə bilinən sosial media hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 100 nəfər ölüb, 200-dən çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər. Sezar pizza
Aytac ŞAHİN
Telegram kanalımız