Rusiyadan Türkiyəyə çağırış: “Gəlin məsələni yerində həll edək“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Türkiyəyə çağırış: “Gəlin məsələni yerində həll edək“

Dünya

15 İyun 2022 10:14 912


"Moskva Türkiyənin Suriyada mümkün əməliyyatını ağılsız hesab edir və Ankaranı məsələni sülh yolu ilə həll etməyə çağırır".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Suriya üzrə Astana danışıqlarının əvvəlindən qeyd edilib ki, onun iştirakçıları vəziyyəti yerində müzakirə edəcəklər. Bu, Türkiyə prezidentinin Suriyanın şimalında kürd birləşmələrinə qarşı hərbi əməliyyat keçirməklə bağlı elan etdiyi planlar fonunda xüsusilə vacibdir. Fikrimizcə, bu, vəziyyətin sabitliyinin pozulmasına, gərginliyin artmasına və bu ölkədə silahlı qarşıdurmanın yeni raunduna gətirib çıxara biləcək əsassız addım olardı”, - deyə Lavrentyev izah edib. Marqarita pizza

Onun sözlərinə görə, Moskva Ankaranı bu addımdan əl çəkməyə və Türkiyəni narahat edən məsələləri sülh yolu ilə həll etməyə çalışmaq niyyətindədir.

“Biz öz tərəfimizdən bu işdə hər cür dəstəyi verməyə hazırıq”, - deyə xüsusi nümayəndə əlavə edib.

Lavrentyev vurğulayıb ki, Astana danışıqlarında mümkün əməliyyat fonunda qaçqınlar məsələsinin müzakirəsi planlaşdırılır.

İyunun 15-16-da Qazaxıstanda Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə Suriyanın nizamlanmasına dair Astana prosesinin qarant ölkələrinin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqları keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!