Münhendə Rusiyalı deputat və arvadına məxsus 3 mənzil və bank hesabı müsadirə edilib.
Yenisabah.az "Associated Press"ə bu barədə Almaniya prokurorluğu məlumat verib.
Dövlət Dumasının deputatı L. və arvadı K. (adlar tam çəkilməyib) şəhərdə müştərək 2 mənzilə sahibdir və son vaxtlara qədər onları icarəyə verərək pul qazanmağa davam edib. Prokurorluq bunun Aİ sanksiyalarını pozduğunu bildirib. Sezar pizza
Eyni zamanda, Münhen sakini kimi qeydiyyatda olan deputat arvadının Almaniya hakimiyyətinin məlumatına görə, başqa bir mənzili də icarəyə verilib.
Müsadirə qərarı bu gün qüvvəyə minib. Kirayəçilər bu mənzillərdə yaşamağa davam edə bilərlər, lakin indi onların deputata və arvadına kirayə haqqını ödəmək hüququ yoxdur, əvəzində ödənişlər Münhen rayon məhkəməsinə yatırılacaq.
KİV-in məlumatına görə, müsadirə edilən bank hesabına hər ay təxminən 3500 avro kirayə pulu daxil olub.
Telegram kanalımız