“Meğri marşrutunun yaradılması Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”.
Yenisabah.az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O xatırladıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması dair irəliləyişin olduğunu qeyd ediblər. “Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, daha doğrusu, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Meğri marşrutunun yaradılmasına inanırıq”. Dominos pizza
Diplomat “Zəngəzur dəhlizi” ifadəsini niyə işlətmədiyini izah edib: “Söhbət hər halda Ermənistan ərazisindən keçən dəmir yolundan gedir, ona görə də "Meğri marşrutu" istilahından istifadə edirəm. Bəli, Azərbaycanda buna "Zəngəzur dəhlizi" deyirlər. Deyək ki, bu formula hər kəsə uyğun gəlir.
Biz inanırıq ki, bu saziş Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaqdır. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək.
Beləliklə, üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməkdə qərarlıyıq”.
Telegram kanalımız