"Rusiya özünü dünyadan təcrid etmək fikrində deyil".
Yenisabah.az “Rossiya 24”ə istinadla xəbər verir ki, bunu “Vostochnı” kosmodromunun əməkdaşları ilə söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz özümüzü təcrid etmək fikrində deyilik və müasir dünyada ümumiyyətlə, heç kimi təcrid etmək mümkün deyil, o cümlədən Rusiya kimi nəhəng ölkəni”, - deyə Putin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışarkən vurğulayıb. Dominos pizza
Dövlət başçısının sözlərinə görə, Rusiya qarşılıqlı fəaliyyət göstərmək istəyən tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
Putin xatırladıb ki, hələ 2014-cü ildə tətbiq edilən sanksiyalar sayəsində Rusiya kənd təsərrüfatı yüksək texnologiyalı sənayeyə çevrilib.
“Hətta silah satışı həcmi 10 milyard dolları ötüb”, - deyə prezident qeyd edib.
Telegram kanalımız