Pentaqon Rusiyanın “Sarmat” qitələrarası ballistik raketini buraxmasını şərh edib.
Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatlar bu sınağı ölkə və ya müttəfiqləri üçün təhlükə hesab etmir.
"Biz bu sınağı ABŞ və ya onun müttəfiqləri üçün təhlükə kimi görmürük. Departament Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız təcavüzünə diqqətini davam etdirir", - Pentaqon bildirib. pizza
Pentaqon qeyd edib ki, bu cür sınaqlar rutindir və heç də təəccüblü deyil.
“Rusiya bu qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə, yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsindən irəli gələn öhdəliklərinə uyğun olaraq ABŞ-ı lazımi qaydada xəbərdar edib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir gün əvvəl Rusiya, Plesetsk kosmodromunda “Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirdiklərini açıqlamışdı.
Roskosmosun direktoru Dmitri Roqozin Sarmatiya sınağını “NATO-nun hədiyyəsi” adlandırmışdı.
Cavad Salmanlı
Telegram kanalımız