Rusiyanın Ermənistandakı poliqonda partlayış:     Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ermənistandakı poliqonda partlayış: Ölən var

Hadisə

13 May 2022 21:57 204


Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!