Rusiyanın hava-desant diviziyalarının bölmələri döyüşməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın hava-desant diviziyalarının bölmələri döyüşməkdən imtina etdi

Dünya

08 İyun 2022 09:28 863


“Ukraynanın Luqansk vilayəti ərazisindən Rusiyanın 106-cı və 76-cı hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina etdikləri üçün Rusiyadakı daimi dislokasiya ərazisinə qayıdıb”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında vurğulanıb.

Bildirilib ki, Rusiya qoşunu Ukraynanın Nikolayev, Tavriya, Kulbakino, Beloy Krinitca, Trudolybka, Blaqodatna, Luça və Topolın rayonları artilleriya atəşinə tutub. Sezar pizza

Məlumata görə, Ukrayna müdafiəçiləri Donetsk və Luqansk vilayətləri istiqamətində Rusiya qoşunlarının 11 hücumunun qarşısını alaraq 3 tankını, 5 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, 13 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın “Orlan-10” tipli iki PUA-sını sıradan çıxarıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!