Rusiyanın bir çox qonşuları rəsmi Moskvanın öz qonşularına qarşı dəfələrlə nümayiş etdirdiyi və etməyə hazır olduğu hədələyici ritorika və təhdid xarakterli hərəkətlərdən narahatdır.
Yenisabah.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Ermənistan Qərbə doğru gedir və Rusiya Federasiyası Ermənistana cavab verəcək” bəyanatını şərh edib: pizza mizza
“Mən bu suala birbaşa cavab vermək fikrində deyiləm, baxmayaraq ki, regionda sabitliyi pozan məhz Rusiya hökumətinin bu cür ritorikasıdır. Ona görə də Rusiyanın bir çox qonşuları Rusiya hökumətinin dəfələrlə nümayiş etdirdiyi və qonşularına qarşı atmağa hazır olduğu hədələyici ritorika və təhdid xarakterli hərəkətlərdən narahatdırlar”.
Telegram kanalımız