Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü 

Dünya

06 Dekabr 2023 14:22 664


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1270 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 335 110 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 40 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!