Rusiyaya növbəti zərbə: Bu dəfə Ukraynadan...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya növbəti zərbə: Bu dəfə Ukraynadan...

Dünya

29 Mart 2024 11:04 452


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 820 hərbçisini itirib. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 440 790 nəfərə çatıb.  Pepperoni pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 27 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!