Ruslan Pənahovun atası danışdı: “Bizimlə əlaqə saxlayan olmayıb”

saytların hazırlanması

Evə çatdırılma

Ruslan Pənahovun atası danışdı: “Bizimlə əlaqə saxlayan olmayıb”

Sosial

05 Mart 2024 01:37 633


Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. 

Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb.  pizza sifarişi

"Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!