“Ruslar Ukraynada faşistlərdən çox adam öldürüb“   - Mariupol meri

saytların hazırlanması

Evə çatdırılma

“Ruslar Ukraynada faşistlərdən çox adam öldürüb“ - Mariupol meri

Dünya

13 İyun 2022 16:59 837


“Rus işğalçıları 22 mindən çox Mariupol sakinini qətlə yetiriblər ki, bu da İkinci Dünya müharibəsi zamanı iki il ərzində (1941-1943) nasistlərin Ukraynada etdiklərindən iki dəfə çoxdur”.

Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko Ümumkrayna məlumat telemarafonunda bildirib:

"Mariupolu adi terrorçular, qatillər kimi yerlə-yeksan etdilər. 22 mindən çox yerli sakini öldürdülər. Hündürmərtəbəli binalarımızın 50%-ni dağıtdılar, yəni külə çevirdilər. Ruslar 2 ildə nasistlərdən daha çox fəlakət törətdilər. Xatırladım ki, 1941-ci ildən 1943-cü ilə qədər nasistlər Ukrayna Reyxkomissarlığı ərazisində 10 mindən bir qədər çox insanı qətlə yetiriblər”, - Boyçenko bildirib. Dördpendirli pizza

Onun sözlərinə görə, Mariupol ətrafında kütləvi məzarlıqların sayı artır:

"Şəhərdə yemək yoxdur, su yoxdur, işıq yoxdur, kanalizasiya sistemi isə bu gün də işləmir. Və biz görürük ki, yay gəlir, temperatur yüksəkdir, ona görə də yoluxucu xəstəliklərin olması ehtimalı güclənir", - mer əlavə edib.

Qeyd edək ki, Mariupol meriyası bu ilin sonuna kimi 10 minə yaxın Mariupol sakininin ölümünə səbəb olan vəba, dizenteriya və digər xəstəliklərin ola biləcəyini vurğulayır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!