Ruslar Ukraynada məşhur korpus komandirini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynada məşhur korpus komandirini öldürdü

Dünya

11 Aprel 2022 14:38 942


Rusiya xüsusi təyinatlıları İzyum şəhərindən 5 kilometr cənubda kəşfiyyat və axtarış əməliyyatları zamanı Ukraynanın “Sağ sektor” adlı könüllülər korpusunun liderlərindən birini - Taras Bobaniçi zərərsizləşdirib.

Yenisabah.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, Taras Bobaniç 2014-cü ildən Donetsk və Luqanskda rusiyayönümlü qüvvələrə qarşı mübarizəyə qoşulmuşdu.
Rusiya tərəfi onu neonasist qrupunun lideri kimi təqdim edir. Bobaniç 2013-cü ilin noyabrında “Sağ Sektor” adlı könüllülərə qoşulmuşdu.

2019-cu ildən ehtiyatda olan birləşmələr üzrə hərəkat komandirinin müavini vəzifəsində çalışıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!